Kamran Əliyev Vətən müharibəsində iştirak edən prokurorluq əməkdaşları və şəhid olan prokurorluq işçilərinin ailələri ilə görüşüb

Baş Prokurorluqda görüş

© APA | Baş Prokurorluqda görüş

# 29 sentyabr 2021 15:24 (UTC +04:00)

Bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə 1 Oktyabr- Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və Vətən müharibəsinin ildönümü münasibətilə “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin üzvləri, Vətən müharibəsində iştirak edən prokurorluq əməkdaşları, I və II Qarabağ müharibəsində şəhid olan prokurorluq işçilərinin ailələri ilə görüş keçirilib.

Baş prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Baş prokuror Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi ilə ölkədə həyata keçirilən uğurlu fəaliyyətin müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə davam etdirilməsi və doğma torpaqlarımızın 44 gün ərzində yenilməz Azərbaycan Ordusu tərəfindən azad olunmasından danışmış, qısa müddətdə həmin bölgələrdə infrastrukturun bərpa olunduğunu, quruculuq işlərinin sürətlə davam etdirildiyini, I və II Qarabağ müharibəsi şəhidlərinin ailələrinə, qazilərə və veteranlara xüsusi dövlət qayğısının göstərildiyini, həmçinin Qubadlı və Kəlbəcər hərbi prokurorluqlarının yaradıldığını tədbir iştirakçılarının nəzərlərinə çatdırıb.
Daha sonra, Vətən müharibəsi iştirakçıları olan prokurorluq əməkdaşlarına Fəxri fərman və medallar təqdim edilmişdir.
Tədbir iştirakçıları ölkə rəhbərliyinin şəhid ailələrinə və veteranlara göstərdiyi diqqət və qayğısına görə dərin minnətdarlıqlarını bildiriblər.
Görüşün yekununda xatirə fotoşəkillər çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR