Karantin rejimini pozan 5 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb

Karantin rejimini pozan 5 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb
# 30 avqust 2021 09:53 (UTC +04:00)

Avqustun 28-də və 29-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 13 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA-ya bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 5 nəfər barəsində cinayət işi başlanılıb.

İstintaq araşdırmaları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR