Keçmiş arvadını amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başlayır

Keçmiş arvadını amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi başlayır
# 07 dekabr 2021 10:35 (UTC +04:00)

Qobuda amansızlıqla qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Abşeron rayon prokurorluğundan APA-ya verilən məlumata görə, 24.08.2021-ci il tarixdə Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Kəmalə Sultanovanın qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla zərərçəkmişin keçmiş əri 1989-cu il təvəllüdlü Nurlan Sultanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək azyaşlı uşaqlarının və anasının gözü qarşısında Kəmalə Sultanovanı qəsdən öldürməsinə və cinayətin qarşısını almağa çalışan Kəmalə Sultanovanın anasını itələyərək qəsdən sağlamlığa az ağır zərər vuran bədən xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Nurlan Sultanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 127.2.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR