Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb

Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb

© APA | İlham Fərzəliyev

# 18 iyun 2021 16:37 (UTC +04:00)

Kəlbəcər rayonunda göldə batan hərbçinin meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə aparılan axtarış işləri başa çatıb.

Axtarışda olan 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun meyiti FHN-nin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

 

Qeyd edək ki, Azərbaycan Ordusunun zabiti, kapitan İlham Fərzəliyev dünən Kəlbəcər rayonu ərazisində yerləşən Alagöldə çimərkən batıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya Azərbaycan Ordusunun hərbi qulluqçusu, kapitan Fərzəliyev İlham Allahverdi oğlunun göldə çimərkən boğularaq həlak olması ilə bağlı məlumatı təsdiq ediblər.

Bildirilib ki, faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR