Kəlbəcərdə iş yerində əmək hüququnun pozulmasına görə prokurorluğa müraciətlə bağlı tədbir görülüb - VİDEO

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 14 sentyabr 2021 11:55 (UTC +04:00)

Kəlbəcər rayon İstibulaq kənd sakini Məmmədquluyev Həsrət Elman oğlu Kəlbəcər rayonu ərazisində yerləşən çalışdığı çörək sexində əmək hüquqlarının pozulması ilə bağlı rayon prokurorluğuna müraciət edib.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən Məlumat verilib.

Bildirilib ki, müraciət üzrə əhəmiyyət kəsb edən şəxslərin izahatları alınıb, o cümlədən digər zəruri zəruri tədbirlər görülüb. Araşdırmanın nəticəsində məsələ müsbət həllini tapıb və H.Məmmədquluyevin müraciəti təmin olunub. Prokurorluğa müraciət edərək məmnun qalan Həsrət Məmmədquluyev Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib. Baş Prokurorluğun Mətbuat xidməti qeyd olunan videoçarxı ictimaiyyətə təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR