Külli miqdarda narkotik dövriyyədən çıxarılıb - VİDEO - YENİLƏNİB

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb  - VİDEO  - YENİLƏNİB
# 02 iyun 2021 11:56 (UTC +04:00)

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin və Cənub Regional Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Yardımlı rayon Şıxlar kənd sakini Rövşən Zaidov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman, 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 22.206 qram narkotik vasitə olan, tiryək və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R. Zaidovun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən 4 ədəd bağlamada, ümumi çəkisi 9 kq 40 qram, narkotik vasitə olan, tiryək aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR