Kürdə batan 2 yeniyetmənin meyiti sudan çıxarılıb

Kürdə batan 2 yeniyetmənin meyiti sudan çıxarılıb
# 14 iyun 2021 12:08 (UTC +04:00)

Şəmkir rayonu ərazisində Kürdə batan 2 yeniyetmənin meyiti tapılıb.

APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 2006-cı il təvəllüdlü Məmmədov Fərid Ayaz oğlunun və 2005-ci il təvəllüdlü Yusif Araz oğlu Məmmədovun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. 

Araşdırma aparılır.

Qeyd edək ki, dünən FHN-in "112" qaynar telefon xəttinə Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub. 

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR