Kürdəmir sakini həmkəndlisini güllələyərək öldürüb

Kürdəmir sakini həmkəndlisini güllələyərək öldürüb
# 30 iyul 2021 16:56 (UTC +04:00)

Kürdəmirdə qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Dayıkazımlı kəndində qeydə alınıb.

Kənd sakini Vurğun Aydın oğlu Mehdiyev aralarında yaranan münaqişə zəminində həmkəndlisi Bəhmən Bəhlul oğlu Hümmətovu ov tüfəngi ilə vuraraq qətlə yetirib. Hadisə yerinə hüquq- mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ölən şəxsin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Hazırda Kürdəmir rayon prokurorluğunun əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR