Kürdəmirdə ixrac qazları normadan artıq olan avtomobillərə qarşı reyd keçirilib - FOTO

Kürdəmirdə ixrac qazları normadan artıq olan avtomobillərə qarşı reyd keçirilib - FOTO
# 17 iyul 2021 01:31 (UTC +04:00)

Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları DİN-in tədbirlər planına uyğun olaraq şəhər ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirləri davam etdirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, bu cür tədbirlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Hərəkətin intensiv olduğu küçə və prospektlərdə təşkil olunan reyd zamanı yol polisi əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

Keçirilən tədbirlər zamanı ixrac qazları normadan artıq olan 20 nəqliyyat vasitəsinin sürücüsü barədə inzibati qaydada tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR