Kürdəmirdə qanunsuz ov edilməsinin qarşısı alınıb.
DİN-dən APA-ya verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindfən Sovla kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri X.Nəsirov, T.Fərzəliyev, E.Hüseynov və C.Usubov saxlanılıblar.
Onlardan qanunsuz saxladıqları 1 ədəd “TOZ” və 1 ədəd “Kral Arms” markalı ov tüfəngləri götürülüb.