Kürdəmirdə traktor kanala aşıb, xəsarət alanlar var

Kürdəmirdə traktor kanala aşıb, xəsarət alanlar var
# 23 avqust 2021 14:40 (UTC +04:00)

Kürdəmirdə traktorun kanala aşması nəticəsində 2 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Kürdəmirin Türkədi kəndində qeydə alınıb. Ot yığan traktorun kanala aşması nəticəsində Türkədi kənd sakini, 2010-cu il təvəllüdlü Kərimov Məhərrəm Kərim oğlu və Kürdəmir sakini, 1965-ci il təvəllüdlü Şahbazov Mehdi Şahbaz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR