Kürdəxanıda sərnişin avtobusu aşıb, iki nəfər xəsarət alıb

Kürdəxanıda sərnişin avtobusu aşıb, iki nəfər xəsarət alıb
# 30 sentyabr 2021 14:30 (UTC +04:00)

Kürdəxanıda sərnişin avtobusu aşıb.

APA-nın xəbərinə görə, qəza Kürdəxanı qəsəbəsi ərazisində qeydə alınıb.

Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, Kürdəxanıda baş verən avtobus qəzası ilə bağlı hadisə yerinə Təcili Yardım briqadası göndərilib. Qəza zamanı yüngül xəsarətlər alan iki nəfərə yerində yardım göstərilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova APA-ya bildirib ki, bu gün saat 14:00 radələrində Kürdəxanı qəsəbəsində Novxanı-Zabrat marşrut xətti üzrə xidmət göstərən 537 nömrəli, 90 FB 546 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun iştirakı ilə qəza baş verib. Xidmət əməkdaşları hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, avtobusun sürücüsü qarşısına anidən çıxan piyadanı vurmamaq üçün manevr etmək istədikdə idarəetməni itirib və qəza baş verib. Faktla bağlı araşdırma gedir: “Bəzi sosial hesablarda xeyli insanın xəsarət alması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Avtobusun salonunda 4 sərnişin və sürücü olub. Sərnişinlər yüngül xəsarət alıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR