Lənkəran sakini 2 kiloqramdan artıq narkotiki satarkən saxlanılıb - VİDEO - YENİLƏNİB

Lənkəran sakini 2 kiloqramdan artıq narkotiki satarkən saxlanılıb - VİDEO  - YENİLƏNİB
# 18 iyun 2021 10:17 (UTC +04:00)

Lənkəran sakini 2 kiloqramdan artıq narkotik ilə saxlanılıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində 2 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini E.Mirişzadə 2 bükümdə narkotik vasitə heroini satarkən saxlanılıb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq keçirilən baxış zamanı onun Lənkəran şəhəri ərazisində yerləşən yaşadığı evin həyətindəki qarajdan 1 kiloqram 503 qram narkotik vasitə heroin, 1 kiloqram 20 qram tiryək və 1 ədəd elektroin tərəzi aşkarlanaraq götürülüb.
İlkin araşdırma zamanı E.Mirişzadənin həmin narkotik vasitələri xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR