Lənkəranda 4 gün əvvəl yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb

Lənkəranda qəza

© APA | Lənkəranda qəza

# 20 sentyabr 2021 18:10 (UTC +04:00)

Lənkəranda 4 gün əvvəl baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, ağır dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 1984-cü il təvəllüdlü Fariz Sadıqov bu gün orada dünyasını dəyişib.

Qeyd edək ki, sentyabrın 16-da rayonun Nərimanabad qəsəbəsində "VAZ-21099" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü Məzahir Məhərrəm oğlu Ağayev hadisə yerində ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Avtomobildə olan sərnişin -1984-cü il təvəllüdlü Fariz Sadıqov ağır dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR