Lənkəranda 60 yaşlı kişini qatar vurub - VİDEO

Lənkəranda 60 yaşlı kişini qatar vurub

© APA | Lənkəranda 60 yaşlı kişini qatar vurub

# 01 noyabr 2021 19:09 (UTC +04:00)

Lənkəranda bədbəxt hadisə baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında Lənkəran Dəmiryol Stansiyasından bir qədər uzaqlıqda yerləşən ərazidə qeydə alınıb.

Belə ki, Lənkəran şəhər sakini, 1961-ci il təvəllüdlü Bəfadar Hüseyn oğlu Həsənov Bakı istiqamətində hərəkətdə olan Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarının qoşulu olduğu elektrovozun altında qalıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Mərhumun meyiti müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin hansı səbəbdən baş verdiyi dəqiqləşdirilir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR