Lənkəranda avtomobil su kanalına aşıb, sürücü ölüb - FOTO - VİDEO - YENİLƏNİB

Lənkəranda avtomobil su kanalına aşıb, sürücü ölüb - FOTO  - VİDEO  -  YENİLƏNİB
# 23 iyul 2021 06:11 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


03:16

Lənkəranda avtomobil su kanalına aşıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında Lerik-Lənkəran yolunun Qurumba kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı sakini olan Aqil Fəxrəddin oğlu Əliyevin idarə etdiyi 90-MP-585 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq əvvəl yol kənarındakı rabitə dirəyini aşırıb, sonra isə boş olan su kanalına düşüb. Hadisə yerinə dərhal FHN-in Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları gəlib. Minik avtomobilində heç kimin olmadığını görən xilasedicilər müəyyən axtarışlardan sonra hadisə yerindən 35-40 metr aralıda sürücü A.Əliyevin meyitini tapıblar. Meyit müayinə olunması üçün məhkəmə-tibb ekspertizasına təhvil verilib.

Məlumata görə, mərhum nişanlı imiş və Bakıdan rayona bayramlaşmağa gedib. Bir neçə gün sonra isə toyu olacaqmış.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR