Lənkəranda avtomobilin vurduğu piyada ölüb - FOTO - YENİLƏNİB - VİDEO

Lənkəranda avtomobilin vurduğu piyada ölüb - FOTO  - YENİLƏNİB  - VİDEO
# 14 oktyabr 2021 22:52 (UTC +04:00)

Lənkəranda kiçiktutumlu yük avtomobilinin vurması nəticəsində hadisə yerində ölən şəxsin kimliyi məlum olub.

APA-nın cənub bürosunun məlumatına görə, bu, Lerik şəhər sakini, 1999-cu il təvəllüdlü Ziyad Eldəniz oğlu Əsədullayevdir.

***

Saat 22:15

Lənkəran rayonunda piyadanın ölümü ilə nəticələnən avtoqəza baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Girdəni kəndində qeydə alınıb.

Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Murad Sabir oğlu Məmmədovun idarə etdiyi 99-LJ-419 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobil hələlik kimliyi məlum olmayan piyadanı vurub. Ağır bədən xəsarətləri alan piyada hadisə yerində keçinib və meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR