Lənkəranda “Azərişıq” əməkdaşının maşınını yandıran şəxs tutulub - FOTO - VİDEO

Lənkəranda yandırılan avtomobil

© APA | Lənkəranda yandırılan avtomobil

# 09 dekabr 2021 13:09 (UTC +04:00)

Lənkəranda “Azərişıq” əməkdaşının maşınını yandıran şəxsə cinayət işi açılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran sakini Sabir Əliyev “Azərişıq” ASC-nin əməkdaşı Rauf Kərimovun “Ləvəngi dairəsi” kimi tanınan ərazidə park etdiyi “VAZ 21015” markalı avtomobilini yandırıb.

Avtomobilin müəyyən hissələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Məlumata görə, yanğın zamanı avtomobilindən sənədlərini, pul və əşyalarını çıxarmaq istəyən Rauf Kərimov müəyyən dərəcədə yanıq xəsarətləri də alıb. Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev APA-ya açıqlamasında bildirib ki, Sabir Əliyev barəsində Cinayət Məcəlləsinin 221.1-ci və 186.2.2-ci maddələri ilə cinayət işi başlanılıb. S.Əliyev şübhəli şəxs qismində tutulub.

Müvafiq istintaq hərəkətləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR