Lənkəranda bir nəfər dənizdə batıb - YENİLƏNİB

Lənkəranda bir nəfər dənizdə batıb - YENİLƏNİB
# 27 avqust 2021 22:33 (UTC +04:00)

Lənkəranda dənizdə batan şəxsin ad-soyadı məlum olub.

APA-nın cənub bürosunun məlumatına görə, bu, 2000-ci il təvəllüdlü Biləsuvar rayonunun Əsgərabad kənd sakini Mahir Rahim oğlu Paşayevdir.

O, ailəsvi ilə birgə istirahətə gəlib və 4-5 nəfərlə birlikdə çimərkən qəfil boğulma təhlükəsi ilə üz-üzə qalıblar. Kənd camaatı digərlərini sudan sağ çıxarsa da, M.Paşayevi çıxarmaq mümkün olmayıb. Onun axtarışları davam edir.

***

Saat 20:44

Xəzər dənizində bir nəfər batıb.

APA Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Lənkəran şəhəri, Aşağı Nüvədi qəsəbəsində dənizdə (nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.

Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR