Lənkəranda əmisi oğlunu və bibisi nəvəsini güllələyərək öldürən şəxs saxlanılıb - VİDEO - YENİLƏNİB-1

Lənkəranda əmisi oğlunu və bibisi nəvəsini güllələyərək öldürən şəxs saxlanılıb - VİDEO  -  YENİLƏNİB-1
# 24 iyun 2021 23:07 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 21:55

Lənkəranda odlu silahla əmisi oğlunu və bibisi nəvəsini güllələyərək öldürən şəxs saxlanılıb.

APA-nın cənub bürosunun məlumatına görə, axtarılan və qətlləri törədən Seymur Şiriyev əlində ov tüfəngi ilə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda onun ifadəsi alınır.

***

Saat 00:54

Lənkəranda baş verən hadisədə ölənlərin kimliyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisəni törədən şəxsin əmisi oğlu 1987-ci il təvəllüdlü Elmar Sərdar oğlu Fərəcov və bibisi nəvəsi 1992-ci il təvəllüdlü Alim Müqabil oğlu Mirzəyevdir.

Qətlin hansı səbəbdən törətdiyi hələlik bilinməyən 1982-ci il təvəllüdlü Seymur Sərraf oğlu Şiriyev polis əməkdaşları tərəfindən axtarılır.

Hadisənin meşəlik ərazidə baş verdiyi bildirilib. Hadisə lüləsi kəsilmiş ov tüfəngi ilə törədilib.

***

23 iyun, saat 23:22

Lənkəranda iki nəfər qətlə yetirilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Havzava kəndində baş verib. Seymur Sərraf oğlu Şirinov ov tüfəngi ilə əvvəl əmisi oğlunu, sonra isə bibisi nəvəsini qətlə yetirib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR