Lənkəranda ikimərtəbəli evdə yanğın baş verib

Lənkəranda ikimərtəbəli evdə yanğın baş verib
# 18 iyul 2021 22:22 (UTC +04:00)

Lənkəranda ikimərtəbəli evdə yanğın olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, şəhərin M.Ə.Sabir küçəsində yerləşən və 1965-ci il təvəllüdlü Mahir Rafiq oğlu Axundova məxsus ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Lənkəran Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. FHN-in yaydığı məlumata görə, ümumi sahəsi 300 m² olan ikimərtəbəli 8 otaqlı evin (hər mərtəbəsi 150 m²) dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə, 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə, 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 40 m² sahədə və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının ətrafdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR