Lənkəranda ikimərtəbəli evdə yanğın olub - FOTO

Lənkəranda ikimərtəbəli evdə yanğın olub

© APA | Lənkəranda ikimərtəbəli evdə yanğın olub

# 24 sentyabr 2021 12:23 (UTC +04:00)

Lənkəranda ikimərtəbəli evdə yanğın baş verib.

APA-nın cənub bürosunun xəbərinə görə, şəhərin Vidadi küçəsində yerləşən ikimərtəbəli evin 80 kvadrat metr sahədə yanar konstruksiyaları yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin Lənkəran Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.

Yanğının ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR