Lənkəranda karantin qaydalarını pozan bir obyektin sahibinə cinayət işi açılıb, digəri 4000 manat cərimələnib

Lənkəranda karantin qaydalarını pozan bir obyektin sahibinə cinayət işi açılıb, digəri 4000 manat cərimələnib
# 26 iyul 2021 11:24 (UTC +04:00)

Lənkəranda karantin qaydalarını pozan daha bir obyektin sahibi barəsində cinayət işi açılıb, digəri isə 4000 manat cərimələnib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan daha 2 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Belə ki, aparılan yoxlamalar zamanı “Dörd fəsil” və “Şirinlər” restoranlarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi müəyyən olunub. “Dörd fəsil” restoranının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunub,”Şirinlər” restoranının sahibi barəsində isə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR