Lənkəranda kişini maşın vuraraq öldürüb

Lənkəranda kişini maşın vuraraq öldürüb
# 31 avqust 2021 00:26 (UTC +04:00)

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bürcəli kəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Zaur Sənan oğlu Ağayevi avtomobil vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə 42-BV-814 dövlət qeydiyyat nişanlı "NİVA" markalı maşını idarə edən sürücü tərəfindən törədilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR