Lənkəranda maşın qadını vurub

Lənkəranda maşın qadını vurub
# 24 may 2021 23:52 (UTC +04:00)

Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza şəhərin mikrorayon ərazisində qeydə alınıb.

Şəhər sakini, 1963-cü il təvəllüdlü Zivər Xalıq qızı Ağayeva "VAZ-2109" markalı avtomobil tərəfindən vurulub. Minik avtomobilinin hələlik adı məlum olmayan sürücüsü piyadanı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Xəsarət alan 58 yaşlı qadının vəziyyəti orta-ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR