Lənkəranda minik avtomobili su kanalına aşıb, 3 nəfər xəsarət alıb - FOTO

Lənkəranda minik avtomobili su kanalına aşıb, 3 nəfər xəsarət alıb - FOTO
# 28 iyun 2021 00:26 (UTC +04:00)

Lənkəranda "LADA Priora" markalı avtomobil idarəetmədən və yoldan çıxaraq su kanalına aşıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza Lənkəran-Boradigah yolunun Vilvan kəndindən keçən hissəsində baş verib.

Nəticədə 3 nəfər Vilvan kənd sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2004-cü il təvəllüdlü Elgün Səmədov və həmyaşıdı Turan Ağayev, 2005-ci il təvəllüdlü Səbuhi Tahirzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onlardan birinin vəziyyəti ağırdır, digərlərinin səhhəti isə orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR