Lənkəranda mübahisə zamanı xəsarət alan şəxs dünyasını dəyişib

Lənkəranda mübahisə zamanı xəsarət alan şəxs dünyasını dəyişib
# 17 noyabr 2021 22:06 (UTC +04:00)

Lənkəranda mübahisə zamanı xəsarət alan 51 yaşlı kişi dünyasını dəyişib.

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Kənarmeşə kəndində fəaliyyət göstərən çayxanada Mail Mirzəağa oğlu Heydərovla bir nəfər arasında mübahisə yaranıb.

Mübahisə zamanı Seydəkəran kənd sakini olan 1970-ci il təvəllüdlü Mail adlı şəxs müvazinətini itirərək yıxılıb və başından zədələnib. O, aldığı xəsarətdən yerindəcə keçinib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR