Lənkəranda mühəndis liftin şaxtasına yıxılıb - YENİLƏNİB - VİDEO

Lənkəranda yeni tikilən bina

© APA | Lənkəranda yeni tikilən bina

# 08 iyul 2021 14:46 (UTC +04:00)

Lənkəranda mühəndis ehtiyatsızlıqdan şaxtaya düşərək xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən yeni tikilən binalardan birində qeydə alınıb. Bakı şəhəri Yasamal rayonu sakini olan 1992-ci il təvəllüdlü Elnur Fariz oğlu Məmmədov mühəndis kimi çalışdığı binanın 1-ci mərtəbəsindən liftin şaxtasına düşüb. O, FHN-in Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları tərəfindən həmin yerdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

E.Məmmədov sağ qabırğa və çanaq sümüyünün sınıqları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

14.38

Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində 1 nəfərin liftin şaxtasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-in Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, müəyyən olunub ki, vətəndaş tikintisi başa çatmayan binanın zirzəmisində olarkən ehtiyatsızlıqdan lift üçün nəzərdə tutulan boşluğa yıxılıb. Xilasedicilər, təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı şaxtadan çıxarıblar. Xilas olunan şəxs hadisə yerinə cəlb olunan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR