Lənkəranda narkotik xassəli bitkilər yetişdirən şəxs saxlanılıb - VİDEO - YENİLƏNİB

Lənkəranda narkotik xassəli bitkilər yetişdirən şəxs saxlanılıb

© APA | Lənkəranda narkotik xassəli bitkilər yetişdirən şəxs saxlanılıb

# 19 avqust 2021 11:55 (UTC +04:00)

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, daxil olmuş məlumat əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Lənkəran rayonunun Liman şəhər sakini H.Novruzov saxlanılıb. Onun yaşadığı evin yaxınlığındakı torpaq sahəsində böyürtkən kollarının arasında əkərək kultivasiya yolu ilə yetişdirdiyi 2-3 metr hündürlüyündə, ümumi çəkisi 22 kiloqram olan 89 ədəd narkotik xassəli çətənə kolu aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR