Lənkəranda narkotikin təsiri altında avtoxuliqanlıq edən “QAZEL” sürücüsü həbs edilib - VİDEO

Lənkəranda narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib

© APA | Lənkəranda narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib

# 04 dekabr 2021 09:00 (UTC +04:00)

Polis Lənkəranda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən şəxsi saxlayıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitənin təsiri altında rayon ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər yol hərəkəti iştirakçıları və piyadalar üçün ciddi təhlükə yaradan sürücü saxlanılıb.

Axşam saatlarında Lənkəran rayon sakini Ceyhun Seyfiyevin idarə etdiyi “Qaz 3302” (Qazel) markalı yük avtomobili ilə rayon ərazisində yüksək sürətlə hərəkət etdiyi və yol hərəkət qaydalarını davamlı şəkildə pozduğu müəyyən edilib. Ərazidə xidmət aparan dövlət yol polisi əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara rəğmən sürücü nəqliyyat vasitəsini saxlamayıb və təhlükəli manevrlər etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq ərazidən uzaqlaşmağa çalışıb.

Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib. Həmin şəxs barəsində İnzibati xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə Rayon Məhkəməsinə göndərilib.

Rayon Məhkəməsinin qərarı ilə C.Seyfiyev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 20 gün müddətində inzibati qaydada həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR