Lənkəranda piyadanı avtomobil vurub

Lənkəranda piyadanı avtomobil vurub
# 28 iyun 2021 23:01 (UTC +04:00)

Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza şəhərin mərkəzi küçələrindən biri olan Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Şəhər sakini, 1999-cu il təvəllüdlü Rahim Rəhim oğlu Mirzəzadəni avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs həmin avtomobilin sürücüsünün köməkliyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR