Lənkəranda rabitə xətlərini oğurlayan keçmiş məhkum saxlanılıb

Lənkəranda rabitə xətlərini oğurlayan keçmiş məhkum saxlanılıb
# 21 iyun 2021 09:49 (UTC +04:00)

Lənkəranda rabitə xətlərini oğurlayan keçmiş məhkum saxlanılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov saxlanılıb.

Keçirilən baxış zamanı onun üzərindən 1 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə N.Məmmədovun ayrı-ayrı vaxtlarda Lənkəran şəhəri ərazisindəki rabitə qovşaqlarından birindən ümumi dəyəri 1200 manat olan mis kabelləri qıraraq oğurladığı müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR