Lənkəranda təmir sexi yanıb

Lənkəranda təmir sexi yanıb
# 10 noyabr 2021 08:56 (UTC +04:00)

Lənkəranda yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbəsində ümumi sahəsi 350 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (avtomobil təmiri sexi, avtomobil ehtiyat hissələri satışı mağazası və çayxana) avtomobil təmiri sexinin lambirindən ibarət tavanı 70 m² sahədə, içərisində təmirə dayanan “BАЗ” və “Mercedes” markalı iki minik avtomobilinin yanar hissələri yanıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR