Lənkəranda yarımtikilidə narkotik vasitələr aşkarlanıb

Lənkəranda yarımtikilidə narkotik vasitələr aşkarlanıb
# 09 iyun 2021 12:40 (UTC +04:00)

Lənkəranda yarımtikilidə narkotik vasitələr aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında Lənkəran şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Əkbərov saxlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı həmin şəxsin yaşadığı evin həyətindəki yarımçıq tikilidən ümumilikdə 661 qramdan artıq narkotik vasitə heroin, tiryək və həşiş qətranı aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR