Lənkəranda yol qəzası olub, sürücü ölüb - FOTO - VİDEO

Lənkəranda yol qəzası olub, sürücü ölüb - FOTO  - VİDEO
# 28 may 2021 18:33 (UTC +04:00)

Mətnə video əlavə olunub.

* * *

16:56

Lənkəranda baş vermiş yol qəzasında sürücü ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, yol qəzası Şirinsu kəndində qeydə alınıb.

“Subaru” markalı avtomobilin sürücüsü 1964-cü il təvəllüdlü Surəddin Mirzağa oğlu Həmzəyev idarəetməni itirib, avtomobil “Mercedes” markalı minik maşını ilə toqquşub, sonra isə aşıb.

Qəza nəticəsində sürücü ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR