Lerikdə əxlaqsız təklif etdiyi qadını qətlə yetirən mollanın istintaqı başa çatıb

Lerikdə əxlaqsız təklif etdiyi qadını qətlə yetirən mollanın istintaqı başa çatıb
# 17 iyul 2021 09:06 (UTC +04:00)

Lerikdə qadını qətlə yetirməkdə təqsirləndirilən Murad Əskərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nizami Quliyevin icraatına verilib.

Qeyd edək ki, bu il aprelin 28-də saat 16 radələrində Lerik rayonunun Barzavu kənd sakini, 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızının yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin mərhumun həmkəndlisi, 1972-ci il təvəllüdlü Əskərov Murad Gülbaba oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Murad Əskərov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib.

Onu da qeyd edək ki, M.Əskərov kənddə molla kimi tanınıb. O, qadına qarşı əxlaqsız təklif edib. Təkliflə razılaşmayan qadını qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR