Lökbatanda avtomobil piyadanı vuraraq öldürüb

Lökbatanda avtomobil piyadanı vuraraq öldürüb
# 02 iyul 2021 13:27 (UTC +04:00)

Qaradağ rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 2-də saat 1 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Elşən İsgəndərov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR