Lökbatanda baş verən yanğınla bağlı 70-ə yaxın sakin təxliyə edilib

Elçin Ələsgərov

© APA | Elçin Ələsgərov

# 01 dekabr 2021 12:58 (UTC +04:00)

Lökbatanda çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı 70-ə yaxın sakin təxliyə edilib.

Bunu APA-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Qaradağ rayon Dövlət Yanğından Mühafizə hissəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Elçin Ələsgərov deyib.

O bildirib ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi Qafqaz-Cənub kompleksində 16 mərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin İdarəetmə Mərkəzinə 11:06 məlumat daxil olub: "Dərhal hadisə yerinə qüvvə və vasitələr cəlb olunub. Yanğın təxminən 12:20-də tam söndürülüb, soyutma işlərinə başlanılıb. 70-ə yaxın sakin binadan təxliyə olunub".

E. Ələsgərov qeyd edib ki, yanğına 5 teknika, 30 yaxın şəxsi heyət cəlb edilib: "Yanğın zamanı xəsarət alan olmayıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR