Marneulidə qızqaçırma ölümlə nəticələnib - FOTO - VİDEO

Marneulidə qızqaçırma ölümlə nəticələnib - FOTO  - VİDEO
# 14 sentyabr 2021 23:43 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda qızqaçırma hadisəsi ölümlə nəticələnib.

APA-nın Gürcüstan bürosu yerli sakinlərə istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Algeti kəndidə baş verib.

Məlumata görə, bir qrup şəxs anası ilə birlikdə yaşadığı evə qayıdan 23 yaşlı qızı zorla avtomobilə mindirərək qaçırmağa çalışıb, lakin ailə üzvlərinin müqaviməti ilə üzləşib. Sürətlə hadisə yerindən uzaqlaşmağa çalışan şəxslərin olduğu avtomobillərdən biri qəza törədərək qızın nənəsi Ceyran Ömərovanı vurub. Yaşlı qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Qızın anasının və qonşusunun da hadisə zamanı xəsarət aldığı bildirilir.

Faktla əlaqədar polis araşdırmalara başlayıb, hadisəni törətməkdə şübhəli bilinən şəxslərin Rustavi şəhərində saxlanıldığı və dindirilməsi üçün polis bölməsinə aparıldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR