Masallı sakininin 13 metr dərinlikdə quyudan meyiti çıxarılıb  

Masallı sakininin 13 metr dərinlikdə quyudan meyiti çıxarılıb  
# 09 sentyabr 2021 23:44 (UTC +04:00)

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Mahmudavar kəndində 1 nəfərin özünü su quyusuna atması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, nazirliyin xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1968-ci il təvəllüdlü Qüdrətov İnqilab Eynəli oğlunun meyiti dərinliyi təqribən 13 metr olan quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR