Masallıda sututarda boğuluan 18 yaşlı gəncin meyiti tapılıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Babakücə kəndi ərazisində, süni göldə 2003-cü il təvəllüdlü Əliyev Xəyal Kamal oğlunun batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən X.Əliyevin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***
17.13
Masallıda gənc oğlan sututarda boğulub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə Sığdaş kənd inzibati ərazi dairəsində yerləşən Babakücə kəndində baş verib. 2003-cü il təvəllüdlü Xəyal Kamal oğlu Əliyev kənd təsərrüfatı üçün nəzərdə tutulmuş sututarda boğulub. Hazırda FHN-in əməkdaşları ərazidə axtarış işləri aparır.
Faktla bağlı araşdırma aparılır.