Masallıda arvadını uşağına süd verən zaman bıçaqlayan şəxsin məhkəməsi başlayır

Masallıda arvadını uşağına süd verən zaman bıçaqlayan şəxsin məhkəməsi başlayır
# 01 dekabr 2021 09:22 (UTC +04:00)

Masallıda arvadını öldürməyə cəhddə təqsirləndirilən 36 yaşlı Əbilzadə Eşqin Qədir oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nizami Quliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il Masallı rayonu, Ərkivan qəsəbəsində qeydə alınıb. 36 yaşlı Əbilzadə Eşqin Qədir oğlu və 26 yaşlı həyat yoldaşı Əbilzadə Nərmin Şair qızının yaşadıqları evdə yaralı və huşsuz vəziyyətdə tapılması barədə məlumat yayılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının apardığı araşdırmalar zamanı müəyyən edilib ki, Eşqin Əbilzadə həyat yoldaşına 16 bıçaq zərbəsi vurduqdan sonra özünə də 2 bıçaq zərbəsi vurub.

Məlum olub ki, Eşqin Əbilzadə həyat yoldaşını körpə uşağına süd verən zaman bıçaqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR