Masallıda "ASAN xidmət" mərkəzində yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib - FOTO

FHN Masallıda "ASAN xidmət" mərkəzində yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib

© APA | FHN Masallıda "ASAN xidmət" mərkəzində yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib

# 07 oktyabr 2021 17:32 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Masallı regional "ASAN xidmət" mərkəzində yanğına qarşı maarifləndirmə tədbiri keçirib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Masallı şəhərində yerləşən Mərkəzdə keçirilən tədbirdə müəssisənin əməkdaşları iştirak edib.

Tədbir iştirakçılarına yanğın təhlükəsizliyi qaydalarına dair, o cümlədən odsöndürənlərdən istifadə üsulları, yanğın baş verən zaman təxliyə yolları, eləcə də ”112” qaynar telefon xəttinin iş prinsipləri barədə ətraflı məlumat verilib. Həmçinin, ərazinin daim təmiz vəziyyətdə saxlanılması, təxliyə üçün nəzərdə tutulan çıxışların və yolların yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməsi, yanğın zamanı zəruri hərəkətlər, binanın ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğına qarşı su təchizatı qurğularının saz vəziyyətdə saxlanılmasının vacibliyi qeyd olunub.

Sonda mövzuya aid yaranan suallar cavablandırılıb, müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR