Masallıda avtomobil velosipedçini vuraraq öldürüb, sürücü hadisə yerindən qaçıb - VİDEO - YENİLƏNİB

Masallıda avtomobil velosipedçini vuraraq öldürüb, sürücü hadisə yerindən qaçıb - VİDEO  - YENİLƏNİB
# 19 iyul 2021 12:26 (UTC +04:00)

Masallı rayonunda velosipedçi qəzaya düşərək ölüb.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, qəza Türkoba kəndində qeydə alınıb.

Belə ki, "Toyota" markalı avtomobil Masallı rayonunun Şatıroba kənd sakini, 1983-cü il təvəllüdlü Ruhid Vəliəhəd oğlu Rəhimov velosipedlə hərəkətdə olarkən arxadan onu vurub və oradan uzaqlaşıb. Yaralı əvvəl Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb, orada ona ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq bu gün səhər saatlarında R. Rəhimov dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaqdan ötrü aidiyyəti üzrə təhvil verilib.

Hazırda "Toyota"nın sürücüsünün kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR