Masallıda evdə xeyli miqdarda narkotik aşkarlanıb

Masallı, narkotik

© APA | Masallı, narkotik

# 27 may 2021 10:23 (UTC +04:00)

Masallıda yaşayış evində xeyli miqdarda narkotik vasitələr aşkarlanıb.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini H.Rzayev saxlanılıb. APA-nın cənub bürosunun məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun yaşadığı evdən 1 kiloqram 150 qram qurudulmuş marixuana və 291 qram tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR