Masallıda evdən 5 min manatlıq oğurluq edən qadın tutulub

Masallıda evdən 5 min manatlıq oğurluq edən qadın tutulub
# 04 oktyabr 2021 13:21 (UTC +04:00)

Masallıda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsinə rayon ərazisindəki evlərin birindən 5 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanmçası barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ərkivan qəsəbə sakini L.Səmədova saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR