Masallıda evlərdən 9 min manatlıq oğurluq edən şəxslər tutulub - VİDEO

Masallıda evlərdən 9 min manatlıq oğurluq edən şəxslər tutulub - VİDEO
# 13 noyabr 2021 12:17 (UTC +04:00)

Masallıda silsilə oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 2250 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Yeddioymaq kənd sakini E. Məmmədov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun həmkəndlisi R. Ağayevlə birgə daha bir evdən 5000 manat dəyərində, digər evdən isə 1500 manat dəyərində məişət əşyaları oğurlamaları da müəyyən edilib.

R. Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR