Masallı rayonunda  avtomobil qəzası zamanı xəsarət alanların adları məlum olub - YENİLƏNİB - FOTO - VİDEO

Masallı rayonunda  avtomobil qəzası zamanı xəsarət alanların adları məlum olub  - YENİLƏNİB   - FOTO  - VİDEO
# 18 dekabr 2021 00:08 (UTC +04:00)

APA-nın xəbərinə görə, Cəlilabad rayonunun Şükürlü kənd sakinləri - İsparova Xədicə Cəbrayıl qızı İsparova (2008), onun anası Zəminə Ağabala qızı İsparova (1972) və bibisi Xuraman İbi qızı Əliyeva (1979) Cəlilabad MRX-na aparılıblar

Digər xəsarət alan 3 nəfər, Astara rayonu Pəlikeş kənd sakinləri - Məcid Arzu oğlu Rükiyev (1991), Sayaddin Həkim oğlu Rəhimov (1986) və Əfqan Mirbaba oğlu Rükiyev (1975) isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

***

23.40

Masallıda rayonunda ağıq qəza baş verib.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, qəza Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 79-cu km-də, Masallı rayonunun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.

Mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran və Cəlilabad Mərkəzi Rayon Xəstəxanalarına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR