Masallıda vətəndaşlara saxta COVİD-19 pasportu verən feldşerin məhkəməsi başlayır

Masallıda vətəndaşlara saxta COVİD-19 pasportu verən feldşerin məhkəməsi başlayır
# 10 noyabr 2021 15:11 (UTC +04:00)

Masallıda vətəndaşlara saxta COVİD-19 pasportu verməkdə təqsirləndirilən rayon Mərkəzi Xəstəxanasının feldşeri Ziyafət Ağababayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Masallı rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Firdovsi Əliyevin icraatına verilib.

İş üzrə zərərçəkmiş şəxs qismində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tanınıb.

Qeyd edək ki, Masallı rayonunun Sığdaş kəndində ölkə ərazisində olmayan bəzi şəxslərin qanunsuz olaraq COVİD-19 əleyhinə I doza vaksinasiya olunmaları barədə daxil olmuş material əsasında Masallı rayon prokurorluğunda araşdırma aparılıb.

Masallı Rayon Prokurorluğunun məlumatına görə, araşdırma ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının feldşeri Ziyafət Ağababayev tərəfindən rayonun Sığdaş kəndinin bəzi sakinlərinin ölkə ərazisindən kənarda olmalarına baxmayaraq onlara vaksin vurulmadığı halda COVİD-19 əleyhinə I doza vaksinasiya olunması və bu barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR