Masazırda 1 ha ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Masazırda 1 ha ərazidə baş verən yanğın söndürülüb - <span class="red_color">YENİLƏNİB
# 24 iyun 2021 20:00 (UTC +04:00)

Masazırda 1 ha ərazidə quru ot, qamışlıq, təkər tullantıları yanıb.

APA-nın xəbərinə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qısa zamanda yanğını söndürüblər. 

***

19:30

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində açıq ərazidə qatı tüstülənmə olması barədə məlumat daxil olub.

APA-nın nazirliyin saytına istinadən xəbərinə görə, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, hadisə ünvanında quru ot, kol-kos və təkər tullantıları yanır.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR